Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında baş verən zorakılıqlardan sonra keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vuçiç, "Mən Kosovo serblərini təxribata gəlməməyə çağırıram. Bu gecə yəqin ki, ən ağır gecə olacaq" – deyib.
Kosovoda serb əhalisini çətin bir gecənin gözlədiyini bildirən Vuçiç, “Həm EULEX, həm də KFOR-dan etirazçılara qarşı zorakı addım atmayacaqlarına dair təminat aldıq. Ümid edirəm ki, belə olacaq. Bütün tərəflərlə danışıqlarımızı davam etdiririk. Biz sülh və sabitliyin qorunması üçün əlimizdən gələni edəcəyik. Bütün əsgər və polislərimizlə fəxr etdiyimi demək istərdim” – bildirib.