Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen mətbuat konfransında AP vitse-prezidenti Eva Kailiyə qarşı korrupsiya və rüşvət iddiaları ilə bağlı sualları cavablandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Von der Leyen Avropa Parlamentinin 14 vitse-prezidentindən biri olan Yunanıstan deputatı Eva Kayliyə qarşı korrupsiya ittihamlarının çox ciddi və narahatedici olduğunu bildirib:
“Avropa Parlamentinin vitse-prezidentinə qarşı irəli sürülən ittihamlar son dərəcə narahatedici və çox ciddidir. Bu, insanların institutlarımıza olan etimadı ilə bağlı bir məsələsidir”.
Von der Leyen, bu etimadın ən yüksək etik standartları tələb etdiyini vurğulayıb.