Aİ-dən Türkiyəyə 220 milyon avro dəstək

17:43 - 12 Dekabr 2022

Aİ-dən Türkiyəyə 220 milyon avro dəstək

Avropa İttifaqı Komissiyası Türkiyənin şərq sərhədində nəzarəti yaxşılaşdırmaq üçün 220 milyon avro dəstək verəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqı Komissiyasından verilən açıqlamada, bu gün təsdiqlənən 220 milyon avroluq yekun paketlə Aİ-nin Türkiyədəki qaçqınlar və sərhəd idarəçiliyi proqramlarına verdiyi dəstəyin 2022-ci ildə 1,2 milyard avroya çatdığı bildirilib.

Qeyd edilib ki, bu vəsaitlər 2021-2023-cü illər üçün Türkiyədə sığınacaq axtaran şəxslərə Aİ-nin yardımı üçün 2021-ci ilin iyununda elan edilmiş əlavə 3 milyard avroluq paketin bir hissəsidir.

Aİ Komissiyasının qonşuluq və genişlənmədən məsul üzvü Oliver Varhelyi deyib:

“Bu yardım paketi Aİ-nin sığınacaq axtaranlara ev sahibliyi etmək və qeyri-qanuni miqrasiya axını ilə mübarizədə Türkiyə ilə əməkdaşlıq öhdəliyini yerinə yetirməyə davam etdiyini göstərir”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az