İtaliyanın Roma şəhərində 3 qadın güllələnərək ölüb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin Fidene qəsəbəsindəki kafedə olub.in.
Bildirilib ki, ölənlər arasında İtaliyanın Baş naziri Corca Meloninin rəfiqəsi Nikoletta Golisano da olub.
İkisi kişi, ikisi qadın olmaqla, 4 nəfər isə yaralanıb.
Araşdırmalar nəticəsində şübhəli bilinən 57 yaşlı şəxs saxlanılıb.
