“12 milyard dollarlıq yeni neft yatağı kəşf etdik” - Ərdoğan

22:19 - 12 Dekabr 2022

“12 milyard dollarlıq yeni neft yatağı kəşf etdik” - Ərdoğan

“Terrordan təmizlənən Qabar dağında minalardan təmizləmə işlərində şəhid olan jandarmamız Esma Çevikin adını daşıyan bölgədə 150 ​​milyon xalis neft ehtiyatı olan yeni yataq kəşf etdik”.

 

Manset.az xəbər verir ki, bunu türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“2022-ci ildə dünyada quruda 10 ən böyük kəşfdən biri olan bu ehtiyatın dəyəri bugünkü qiymətlərlə təxminən 12 milyard dollardır. Neftin çox yüksək keyfiyyətə malik bu bölgədə 4 quyudan sutkada 5 min barel hasil edirik. Quyularımızın sayını sürətlə artırmaqla biz buradakı neft hasilatını daha yüksək səviyyələrə çatdıracağıq”, - deyə dövlət başçısı bəyan edib.

Onun sözlərinə görə, son illərdə ölkədə neft kəşfiyyatı və qazma işlərinin sürətlə artmasının ən mühüm səbəblərindən biri bu sahədə texnologiyanın lokallaşdırılmasıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az