Rusiyada Hindistana TƏKLİF

14:08 - 13 Dekabr 2022

Rusiyada Hindistana TƏKLİF

Rusiya Hindistana “böyük tutumlu gəmilərin işə götürülməsi və tikintisi” sahəsində əməkdaşlıq təklif edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əməkdaşlıq təklifi dekabrın 9-da Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə Hindistanın Moskvadakı səfiri Pavan Kapur arasında keçirilən görüşdə müzakirə olunub.

Rusiya tərəfindən verilən açıqlamada, Hindistanın Avropa İttifaqı və Böyük Britaniyada sığorta xidmətləri və tanker müqavilələri ilə bağlı qadağalara məruz qalmasının qarşısını almaq üçün edilən əməkdaşlıq təklifinin “böyük tutumlu gəmilərin icarəyə verilməsi və inşası”nı əhatə etdiyi bildirilib.

2022-ci ilin ilk 8 ayında Rusiyanın Hindistana neft ixracının 16 milyon 350 min tona yüksəldiyi vurğulanaraq, Rusiyanın yay aylarında Hindistana neft tədarük edən ölkələr arasında ikinci yeri tutduğu qeyd edilib.

Bu təklifin Qərb ölkələrinin Rusiyanın neft ixracından əldə etdiyi gəliri azaltmaq üçün enerji ixracına tavan qiymət tətbiq etməyə başladığı bir vaxtda irəli sürülməsi diqqət çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az