Belarus ordusunda döyüş hazırlığı yoxlanışı: Qoşunlar müəyyən edilmiş bölgələrə irəliləyəcək

15:16 - 13 Dekabr 2022

Belarus ordusunda döyüş hazırlığı yoxlanışı: Qoşunlar müəyyən edilmiş bölgələrə irəliləyəcək

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Təhlükəsizlik Şurasının rəhbərliyi ilə yoxlamalar Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə qəfildən başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, alınacaq tədbirlərin kompleks xarakter daşıyacağı bildirilən açıqlamada, “Qoşunlar ən qısa zamanda müəyyən edilmiş bölgələrə irəliləyəcək, mühəndis avadanlıqlarından istifadə edəcək, təhlükəsizlik və müdafiəni təşkil edəcək. Neman və Berezina çayları üzərində də hərbi körpü keçidləri tikiləcək” - bildirilib.

Bu müddət ərzində hərbi texnika və şəxsi heyətin hərəkətdə olacağı diqqətə çatdırılaraq, bəzi ümumi istifadədə olan avtomobil yollarında və torpaqlarda vətəndaşların daşınmasının müvəqqəti məhdudlaşdırıla biləcəyi bildirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az