İranda nümayişlər çərçivəsində paytaxt Tehranda saxlanılanlardan 400-ü müxtəlif həbs cəzalarına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tehranın baş prokuroru Əli əl-Kasi Mehr deyib:
“Tehranda iğtişaşlar zamanı saxlanılanlardan 160 nəfəri 5 ildən 10 ilə, 80 nəfəri 2 ildən 5 ilədək, 160 nəfəri isə hər biri 2 ilə qədər həbs cəzasına məhkum edilib”.
Nümayişlər zamanı həbs olunan 70 nəfər isə müxtəlif cərimələrə məhkum edilib.