Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin rus qoşunlarının Ukraynadan sülh yolu ilə çıxarılması çağırışını qəti şəkildə rədd edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatı ilə bağlı açıqlama verib:
"Yeni ildən əvvəl rus əsgərlərinin Ukraynadan çıxarılmasından söhbət gedə bilməz".