"Türkiyə türkmən qazının Xəzər dənizi vasitəsilə öz ərazisinə nəqlinə ümid edir" - Ərdoğan

19:33 - 13 Dekabr 2022

\"Türkiyə türkmən qazının Xəzər dənizi vasitəsilə öz ərazisinə nəqlinə ümid edir\" - Ərdoğan

Türkiyə Türkmənistan təbii qazını Xəzər dənizi vasitəsilə öz ərazisinə çatdırmağa ümid edir.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyi Türkmənistana səfərindən əvvəl deyib.

"Biz bu məsələni sammitdə müzakirə edəcəyik. Ümid edirəm ki, türkmən qazı ölkəmizə Xəzər vasitəsilə çatdırılacaq", - Ərdoğan bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az