Türkiyənin bu ərazilərində məktəblər BAĞLANDI

19:39 - 13 Dekabr 2022

Türkiyənin bu ərazilərində məktəblər BAĞLANDI

Türkiyənin Antalya şəhərinin 3 rayonunda təhsil 1 günlük dayandırılıb.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Antalyanın Manavqat, Serik və İbradı bölgələrində intensiv leysan yağışlarının yağmasıdır.

Vətəndaşlara daha çox zərər gəlməməsi üçün həmin ərazilərdə məktəblər 1 günlük bağlanılıb.

Belə ki, 2 gündür, fasilələrlə davam edən leysan səbəbiylə daşan dərələr şəhər mərkəzinə çatıb və daşqınlara səbəb olub.

Həmçinin, Antalyanın Finike və Kumluca ərazilərini də su basıb.

Qeyd edək ki, rəsmilər vətəndaşlara tez-tez evdə qalmaları barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az