Qaziantepdə bir xəstəxanada bir qrup xəstənin yaxını tibb işçilərinə daş və çubuqlarla hücum edib. Hadisə zamanı 2 təhlükəsizlik işçisi və 3 sağlamlıq işçisi yaralanarkən,infarkt keçirən xəstə yaxını səhiyyə işçilərinin təcili müdaxiləsi ilə həyata qaytarılıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə kameralarda əks olunub.
Xəstəxana otağında başlayan və dəhlizdə davam edən davanı sonlandırmaq istəyən 2 mühafizəçi və 3 həkim yaralanıb.
Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
Gaziantep Böyükşəhər Bələdiyyəsi Sağlamlıq Xidmətləri Dairə Başçısı Prof.Serdar Tolay bildirib ki, hadisə tibb bacısının iynəni gec gətirməsinin xəstə yaxınlarını əsəbləşdirməsi səbəbiylə baş verib.