Kiyevdə partlayış səsləri: 10 İran dronu məhv edildi

10:43 - 14 Dekabr 2022

Kiyevdə partlayış səsləri: 10 İran dronu məhv edildi

Səhər saatlarından Ukraynanın üç regionunda - Kiyev, Jitomir və Vinnitsada hava xəbərdarlığı elan edilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, tezliklə Kiyev vilayətində (xüsusən də Kiyevin kənarında və paytaxtın özündə) partlayışların eşidildiyi barədə xəbərlər yayılmağa başlayıb.

Daha sonra Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba hava hücumundan müdafiə sisteminin işlədiyini təsdiqləyib:

“Kiyev vilayəti, səhər saatlarında. Hava hücumundan müdafiə işləyir”.

Kuleba vurğulayıb ki, hazırda sığınacaqlarda və təhlükəsiz yerlərdə olmaq vacibdir.

Hər üç ərazidə həyəcan siqnalı davam edir.

Paytaxt meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenkovsk rayonunda partlayış baş verib. 

Kliçko bildirib ki, rusların istifadə etdikləri İran kamikadze-dronlarının xeyli hissəsi artıq vurulub:

“Kiyev vilayətində və paytaxt üzərində hava hücumundan müdafiə ümumilikdə 10 “Şahed” dronunu vurub”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az