“The New York Times” Kadırovun təbliğatını gücləndirməyə çalışdığını iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sanksiyalara baxmayaraq, Rusiyanın Çeçenistan Muxtar Administrasiyasının rəhbəri Ramzan Kadırovun Las-Veqasda yerləşən Ultimate Fighting Championship (UFC) döyüşçüləri ilə əlaqələri ABŞ-ın diqqətini çəkib.
ABŞ-ın aparıcı qəzetlərindən biri olan New York Times (NYT) Rusiya prezidenti Vladimir Putinin tanınmış tərəfdarlarından olan Kadırovun son vaxtlar UFC döyüşçüləri ilə əlaqəsini artıraraq təbliğatını gücləndirdiyini iddia edib.
UFC iddia edir ki, Kadırov və ya onunla əlaqəsi olan hər kəslə heç bir əlaqəsi yoxdur.