Zelenskinin baş müşaviri Mixail Podolyak Twitter-i ölkədə davam edən münaqişə ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Podolyak deyib ki, “Ukraynadakı müharibə Twitter trendlərindən itib. Rusiyanın təcavüzündən bəhs edən tvitlər kəskin şəkildə azalır. İstifadəçilərə Ukrayna telefon nömrəsi ilə qeydiyyatdan keçməyə və ya hesaba daxil olmağa icazə verilmir”.
Tviter isə hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.