Bu ölkənin müdafiə naziri 2 aylıq atalıq məzuniyyətinə çıxır - FOTO

12:33 - 14 Dekabr 2022

Bu ölkənin müdafiə naziri 2 aylıq atalıq məzuniyyətinə çıxır - FOTO

Finlandiyanın müdafiə naziri Antti Kaikkönen yanvarın əvvəlindən fevralın sonuna kimi atalıq məzuniyyətində olacağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kaikkönen, Twitter hesabından verdiyi açıqlamada, sözügedən dövrdə nazirliyin başına başqa birinin keçəcəyini bildirib.

Ölkənin təhlükəsizliyinin etibarlı əllərdə olacağını bildirən Kaikkonen, "Yanvar-fevral aylarında atalıq məzuniyyətinə gedirəm. Uşaqlar sadəcə bir müddət balaca olacaqlar və mən bunu sadəcə şəkillərlə xatırlamaq istəmirəm" – deyib.

Finlandiya qanunlarına görə, hər iki valideynin uşaq doğulduqdan sonra icazə hüququ var. Bu hüquqdan eyni vaxtda yalnız bir valideyn istifadə edə bilər.

Ana və ata eyni vaxtda 18 gün məzuniyyət götürə bilərlər. Göstərilən məzuniyyətin ümumi müddəti 320 iş günü hesablanır. Valideyn 63 günə qədər məzuniyyətini həyat yoldaşına köçürmək hüququna malikdir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az