Avropa Parlamentində rüşvət qalmaqalı ilə bağlı başlanan istintaq getdikcə dərinləşir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə ilə bağlı saxlanılan və ötən gün vəkili vasitəsilə açıqlama verərərək günahsız olduğunu bildirən Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin evindən dəstə-dəstə pul çıxıb.
Belçika mətbuatı dünən vəkili vasitəsi ilə “mən günahsızam” deyən Kailinin evindən çıxan pulların fotolarını paylaşıb. Fotolarda pul bağlamalarından başqa çoxlu hədiyyələr də var.