ABŞ mediasının yüksək səviyyəli rəsmilərə istinad etdiyi xəbərdə Vaşinqtonun Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi göndərmə qərarının sona çatdığı və qərarın bu həftə açıqlana biləcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 3 yüksək rütbəli məmur Ukraynaya hava hücumundan müdafiə sisteminin göndərilməsi ilə bağlı razılığın bu həftə əldə olunacağını və qərarın cümə axşamı (15 dekabr) erkən elan oluna biləcəyini bildirib.
Rəsmilərdən ikisi Patriotun ABŞ Müdafiə Nazirliyinin inventarından çıxacağını və başqa ölkədən daşınacağını bildirib.
Təsdiq edilsə, Ukraynaya nə qədər buraxılış qurğusu göndəriləcəyi məlum deyil, lakin adi Patriot batareyasında hər biri atılmağa hazır dörd raket daşıyan səkkiz buraxılış qurğusu var.