Yuxusunu danışdı, cərimələndi: Zelenski ilə selfi baha başa gəldi

17:12 - 14 Dekabr 2022

Yuxusunu danışdı, cərimələndi: Zelenski ilə selfi baha başa gəldi

Rusiyada yaşayan İvan Losev adlı bloger yuxuda Ukrayna prezidenti Vladimir Zelenski ilə selfi çəkdirdiyini görüb. Yuxusunu internetdə paylaşan bloqqer “Rusiya ordusunu gözdən saldığına görə” cərimələnib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Sibir vilayətinin Zabaykalski Muxtar Vilayətinin Çita şəhərində yaşayan 26 yaşlı İvan Losev İnstaqram hesabının ölkənin Federal Təhlükəsizlik Xidməti tərəfindən izləndiyindən xəbərsiz olduğunu bildirib. Losev Zelenskini yuxuda gördüyünü paylaşdıqdan sonra yerli məhkəmə tərəfindən Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan qanunu pozmaqda təqsirli bilinib. O, 30 min rubl (təxminən 797 AZN) cərimə olunub.

Losev Vladimir Putinin sentyabr ayında verdiyi səfərbərlik əmrinə ilə bağlı olan yuxusunun təfərrüatlarını bölüşüb:

"Dünən gecə gördüm ki, məni səfərbər ediblər və təlim düşərgəsinə aparıblar. Birdən Zelenskinin başçılıq etdiyi AFU (Ukrayna Silahlı Qüvvələri) döyüşçüləri içəri daxil olub, dövrəyə girdilər. Hamını ayağa qaldırıb bizi gülləbaran dəstəsinə düzdülər. Zelenski qəfil yanıma gəldi və mən ona dedim: "Ah, mən sizin hekayələrinizi İnstaqramda gördüm. Cлава украина! Qəhrəmanlara təşəkkür edirəm!". Sonra Zelenski ilə yan-yana dayandıq. Ondan “İnstagramım üçün sizinlə selfi çəkdirə bilərəmmi?” - deyə soruşdum. O isə, “Əlbəttə” – dedi”.

Losev isə üzləşdiyi vəziyyəti "axmaqlıq" kimi qiymətləndirərək, bir məmurun ona maksimum 15 il həbs cəzası tələb edən bir cinayətlə ittiham olunduğunu söylədiyini qeyd edib. Digər tərəfdən, sözügedən qanun Kremlin xüsusi hərbi əməliyyat kimi təyin etdiyi Ukraynadakı müharibənin ictimai qınağının qarşısını almaq üçün qəbul edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az