“Zirvə Görüşümüzün ölkələrimiz, bölgəmiz və bütün Türk dünyası üçün xeyirli olmasını rəbbimdən arzu edirəm. Qardaşlıq bağlarımızla güclənən əlaqələrimizin sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcəyinə ürəkdən inanıram”.
Manset.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə Zirvə Görüşündə söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə Allahın izni ilə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir”.