Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yeni peşəsi gündəmə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 58 yaşlı britaniyalı siyasətçi müxtəlif tədbirlərdə spiker kimi iştirak edir. Keçmiş baş nazirin sözügedən tədbirlərdə çıxış edərək 1 milyon funt sterlinq qazandığı iddia edilir.
Conson oktyabr ayında Amerika sığorta brokerləri qarşısında etdiyi çıxışa görə də 276 min funt sterlinq alıb. Noyabrda isə ABŞ, Hindistan və Portuqaliyada etdiyi çıxışlardan 750 min funt-sterlinqdən çox pul qazanıb.
Sentyabrın 6-da baş nazir postunu tərk edən Conson o vaxtdan bəri ümumilikdə 1 milyon 30 min 780 lirə qazanıb.