Milli Səhiyyə Xidməti tarixində ən böyük tətil başladı - Minlərlə görüş və əməliyyat ləğv edildi

15:31 - 15 Dekabr 2022

Milli Səhiyyə Xidməti tarixində ən böyük tətil başladı - Minlərlə görüş və əməliyyat ləğv edildi

Böyük Britaniyada tarixi tətil başlayıb. On minlərlə tibb işçisi işlərini tərk etdikdən sonra minlərlə görüş və əməliyyatlar ləğv edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə, Uels və Şimali İrlandiyada on minlərlə tibb bacısı 106 ildə ilk kütləvi tətil aksiyasına başlayıb.

İngiltərədə tibb bacılarını təmsil edən ən böyük həmkarlar təşkilatı olan Kral Tibb Bacıları Kolleci daxilində təşkil edilən təxminən 100 min tibb bacısının iştirakı gözlənilən tətilin Milli Səhiyyə Xidməti tarixindəki ən böyük tətil olduğu ifadə edilir.

Səhiyyə işçiləri tətil zamanı təcili xidmət personalının işini davam etdirəcəyini açıqlayıb.

Təcili yardım xidmətləri ilə yanaşı, xəstəxanalar, kimyaterapiya, dializ, kritik baxım bölmələri, yenidoğulmuş və uşaq reanimasiya şöbələrində çalışan tibb bacıları da işlərini davam etdirəcək.

Tibb işçiləri real maaşlarının 10 ildir davamlı olaraq azaldığını, lakin epidemiyalar və kadr çatışmazlığı səbəbindən çox daha ağır şəraitdə işlədiklərini bəyan ediblər. Həkimlərin, tibb bacılarının və təcili tibbi yardım işçilərinin iş yükü 2-3 dəfə artıb.

Səhiyyə işçiləri buna görə də Böyük Britaniyada maaşların hazırda 11%-dən çox olan illik inflyasiyadan və illik Pərakəndə Qiymətlər İndeksinin 14%-dən yuxarı qalxmasını tələb edirlər.

Hökumətin onlara qarşı ən yüksək təklifi 5%-dir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az