Rusiya kosmonavtlarının Beynəlxalq Kosmik Stansiyada həyata keçirməsi planlaşdırılan kosmos gəzintisi Soyuz MS-22 gəmisində sızma səbəbiylə ləğv edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, ISS-də olan “Soyuz MS-22” gəmisinin avadanlıq bölməsinin xarici gövdəsində zədənin aşkarlandığı bildirilib.
Zədə səbəbilə kosmik gəmidə sızma olduğuna dair məlumatların yer aldığı açıqlamada, "Sızmanın aşkarlanmasından sonra rus kosmonavtları Sergey Prokopyev və Dmitriy Petelinin planlaşdırılmış kosmos gəzintilərinin ləğvinə qərar verildi" – deyilib.
ISS və Soyuz MS-22 gəmisindəki bütün sistemlərin normal fəaliyyətini davam etdirdiyi və ekipajın təhlükəsiz olduğu qeyd edilib.