Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderləri arasında görüşün keçirilməsini təklif edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibəsində bildirib.
“Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli birliyi olaraq addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, daha sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidirlər. Beləliklə, bir sıra görüşlərə başlayacağıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Türkiyə və Suriya dövlət başçılarının sön görüşü 2011-də baş tutub.