Avropa Parlamenti bəzi üzvləri və əməkdaşlarının iştirakı ilə korrupsiya faktları ilə bağlı araşdırmadan sonra bəzi şəffaflıq və əməliyyat islahatları tətbiq etməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Səhvləri düzəltməliyik”, - deyən AP prezidenti Reborta Metsola bu gündən etibarən hərtərəfli islahatlar paketi təklif etdiyini və bunun yeni ilin əvvəlinə qədər hazır olacağına ümid etdiyini bildirib.
Metsolanın bəyan edib ki, islahat paketinə parlamentin məlumat verənlərin müdafiəsi sisteminin gücləndirilməsi, bütün qeyri-rəsmi dostluq qruplarının qadağan edilməsi, əxlaqi prinsiplərin qorunmasına yenidən baxılması və üçüncü ölkələrlə münasibətlərə dair dərin araşdırmaların aparılması daxildir.
Yeni dövrdə kimin Avropa Parlamentinə daxil ola biləcəyi ilə bağlı da müəyyən qiymətləndirmələrin aparılacağı və deputatların maliyyə bəyannamələrinin ətraflı şəkildə araşdırılacağı gözlənilir.