AP Sovet dövründə “Qolodomor" hadisəsini soyqırım kimi tanıdı

17:43 - 15 Dekabr 2022

AP Sovet dövründə “Qolodomor\" hadisəsini soyqırım kimi tanıdı

Avropa Parlamenti (AP) Sovet İttifaqı dövründə 4,5 milyon ukraynalının həyatını itirdiyi “böyük aclıq” kimi də tanınan “Qolodomor” hadisəsini soyqırım kimi tanıyıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AP Baş Assambleyasının iclasında keçirilən səsvermədə lehinə 507, əleyhinə 12, bitərəf 17 səs verilib.

Səsvermədən sonra AP tərəfindən verilən açıqlamada, "AP deputatları milyonlarla ukraynalının ölümünə səbəb olan bu hərəkətləri şiddətlə qınayırlar. Bütün ölkə və qurumları hadisəni soyqırım elan etməyə çağırırlar" – deyilib.

Bəyanatda bildirilib ki, Rusiyanın Ukraynadakı hazırkı cinayətləri onun keçmişini xatırladır və “Rusiya rejiminin sağ qalmasını təmin etmək üçün tarixi yaddaşı manipulyasiya edir”.

O da əlavə edilib ki, AP Rusiyanın növbəti dəfə bu ölkənin xalqına qarşı Ukraynanın mülki enerji infrastrukturunun qəsdən məhv edilməsi kimi dəhşətli cinayətləri pisləyib.

AP Rusiya Federasiyasını “Sovet İttifaqının əsas varisi kimi üzr istəməyə” çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az