Türkiyədə polis maşınının partladılmasına görə 5 nəfər saxlanıldı - YENİLƏNDİ

11:21 - 16 Dekabr 2022

Türkiyədə polis maşınının partladılmasına görə 5 nəfər saxlanıldı - YENİLƏNDİ

Dekabrın 16-da səhər saatlarında Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır-Mardin avtomobil yolunda bomba yüklü avtomobilin partladılmasında şübhəli bilinən 5 nəfər saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, partlayış nəticəsində yaralananların sayı 9-a çatıb. Onlardan biri polis əməkdaşıdır.

***

Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində park edilmiş avtomobil partlayıb.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, çevik polis maşınının ərazidən keçdiyi zaman avtomobildə olan partlayıcı işə salınıb.

Əraziyə xilasedicilər cəlb ediliblər. Yaralıların olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az