ABŞ Ukrayna batalyonlarına bu ölkədə hərbi təlim keçəcək

10:13 - 16 Dekabr 2022

ABŞ Ukrayna batalyonlarına bu ölkədə hərbi təlim keçəcək

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder bəyan edib ki, ABŞ Avro-Afrika Quru Qoşunları Komandanlığı Almaniyada Ukrayna ordusu üçün təlimləri genişləndirəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rayder, ABŞ ordusunun Almaniyada xüsusi silah hazırlığı ilə yanaşı, Ukrayna ordusuna batalyonlarda hərtərəfli manevr və silahdan istifadə üzrə təlimlər verməyə başlayacağını açıqlayıb.

Sözçü qeyd edib ki, təlim yanvar ayında başlayacaq, ABŞ-ın hələ tədarük etmədiyi silahları əhatə etməyəcək və bir neçə həftə davam edəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az