Avropa İttifaqına üzv dövlətlər Rusiyaya qarşı 9-cu sanksiyalar paketinin tətbiqi ilə bağlı konsensusa gəliblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ-dən verilən açıqlamada, "Səfirlər Aİ-nin Ukraynaya davamlı dəstəyinin bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı prinsipcə razılaşdılar" – bildirilib.
Yeni sanksiyalar paketi bu gün yazılı şəkildə tamamlanacaq.
Sanksiya paketinin məzmunu hələ ictimaiyyətlə paylaşılmayıb.