Avropa İttifaqı İlon Mask haqqında paylaşım edən bəzi jurnalistlərin hesablarını dayandırdığı üçün Twitter-ə sanksiyalarla bağlı xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Komissiyasının vitse-prezidenti Vera Jourova jurnalistlərin hesablarının dayandırılmasını “narahatedici” adlandırıb.
Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun media azadlığı və fundamental hüquqlara hörmət tələb etdiyini vurğulayan Jourova, "Bu, Media Azadlığı Qanunumuzda dəstəklənir. İlon Musk bundan xəbərdar olmalıdır. Qırmızı xətlər var. Sanksiyalar tezliklə gələcək" – deyib.
Twitter-in sahibi İlon Mask sosial media platformasındakı paylaşımında jurnalistləri onun harada olduğu barədə şəxsi məlumatları paylaşmaqda ittiham etmişdi.
Mask mesajında "Eyni qaydalar hamı üçün olduğu kimi jurnalistlərə də aiddir. Bütün günü məni tənqid etməyin eybi yoxdur, amma mənim real vaxtda olduğum yeri açıqlamaq və ailəmi təhlükəyə atmaq problemdir" – demişdi.