Aİ-dən Twitter-ə sanksiya XƏBƏRDARLIĞI

16:57 - 16 Dekabr 2022

Aİ-dən Twitter-ə sanksiya XƏBƏRDARLIĞI

Avropa İttifaqı İlon Mask haqqında paylaşım edən bəzi jurnalistlərin hesablarını dayandırdığı üçün Twitter-ə sanksiyalarla bağlı xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Komissiyasının vitse-prezidenti Vera Jourova jurnalistlərin hesablarının dayandırılmasını “narahatedici” adlandırıb.

Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun media azadlığı və fundamental hüquqlara hörmət tələb etdiyini vurğulayan Jourova, "Bu, Media Azadlığı Qanunumuzda dəstəklənir. İlon Musk bundan xəbərdar olmalıdır. Qırmızı xətlər var. Sanksiyalar tezliklə gələcək" – deyib.

Twitter-in sahibi İlon Mask sosial media platformasındakı paylaşımında jurnalistləri onun harada olduğu barədə şəxsi məlumatları paylaşmaqda ittiham etmişdi.

Mask mesajında ​​"Eyni qaydalar hamı üçün olduğu kimi jurnalistlərə də aiddir. Bütün günü məni tənqid etməyin eybi yoxdur, amma mənim real vaxtda olduğum yeri açıqlamaq və ailəmi təhlükəyə atmaq problemdir" – demişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az