Rusiyada helikopter qəzaya uğradı – Ölənlər var

17:10 - 16 Dekabr 2022

Rusiyada helikopter qəzaya uğradı – Ölənlər var

Rusiyanın Buryatiya Muxtar Respublikasında Mİ-8 tipli helikopterin Baykal hava limanına enərkən alovlanaraq qəzaya uğrayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yanğınsöndürmə briqadası və Rusiya Fövqəladə Hallar Nazirliyinin bütün müdaxilələrinə baxmayaraq, helikopter qısa müddətdə külə dönüb. Buryatiya prezidenti Aleksey Tsydenov sosial media hesabında 3 helikopter əməkdaşının həyatını itirdiyini açıqlayıb.

Tsydenov, "Mi-8 helikopteri Baykal hava limanına eniş zamanı eniş zolağında yanıb. İstehsaldan yeni çıxan vertolyot hələ də alıcıya verilməyib və istifadə olunmayıb. Helikopterdə sərnişin olmayıb, sadəcə 3 helikopter personalı olub. Yanğın hava limanının yanğınsöndürənləri və Buryatiya Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən söndürülüb” - deyib.

Digər tərəfdən, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada Buryatiyada baş verən hadisə ilə bağlı araşdırmalara başlanıldığı və ilk araşdırmalara görə, yanğının baş vermə ehtimalının helikopterin mühərrikləri tərəfindən törədilə biləcəyi bildirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az