Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə, Suriya və Rusiya liderlərini bir araya gətirəcək görüş keçirmək fikri ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Boqdanov bu məsələyə müsbət baxdıqlarını bildirib:
“Biz suveren qonşu dövlətlərin münasibətlərinin normallaşması üçün atılacaq addımları həmişə alqışlayırıq”.