Azərbaycanla Moldova arasında İT və innovasiyalar sahəsində danışıqlar aparılıb - FOTO

19:44 - 16 Dekabr 2022

Azərbaycanla Moldova arasında İT və innovasiyalar sahəsində danışıqlar aparılıb - FOTO

Azərbaycan və Moldova arasında İT və innovasiyalar sahəsində danışıqlar aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter”də bildirib.

“Ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. “Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri haqqında danışdıq”, - nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az