Ruben Vardanyan Qarabağda yaşayan erməniləri Azərbaycana qarşı terror törətməyə ÇAĞIRDI

13:40 - 18 Dekabr 2022

Ruben Vardanyan Qarabağda yaşayan erməniləri Azərbaycana qarşı terror törətməyə ÇAĞIRDI

Azərbaycanın Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının “dövlət naziri” yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, o, dekabrın 17-də qanunsuz olaraq Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub.

Müəssisənin işçiləri ilə görüşdə bu azmış kimi o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb.

R.Vardanyan sözün əsl mənasında ölkəmizlə müharibənin davam etdiyini bəyan edib. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar.

Xatırladaq ki, Cənubi Qafqazda siyasi vəziyyəti dəyişmək üçün Qarabağa ezam olunmuş Ruben Vardanyan hazırda bölgədəki vəziyyəti öz xeyrinə döndərməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az