İraqda PARTLAYIŞ: 8 polis həlak oldu

15:17 - 18 Dekabr 2022

İraqda PARTLAYIŞ: 8 polis həlak oldu

İraqın Kərkük vilayətinin şimalında partlayış baş verib, federal polisin 8 əməkdaşı ölüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Silahlıların bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirdiyi partlayıcı işə düşüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var.

Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış.

Partlayışın İŞİD tərəfindən törədildiyi güman olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az