İranda etirazlar başlayandan bəri 496 nəfər həlak oldu

19:30 - 18 Dekabr 2022

İranda etirazlar başlayandan bəri 496 nəfər həlak oldu

İranda etirazlar başlayandan bəri 496 nəfər ölüb, 18 mindən çox adam həbs edilib.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-da yerləşən “İranda İnsan Haqları Müdafiəçiləri” təşkilatı “Telegram”da yayıb.

İlkin məlumatlara görə, ölənlər arasında 68 nəfər 18 yaşdan kiçik şəsxlərdir.

Qeyd olunur ki, sentyabrın 17-dən indiyədək 18 452 nəfər həbs edilib. Onlardan 3928 nəfərin kimliyi və saxlandığı yer məlum deyil.

Eyni zamanda, həbs olunanların 649-u tələbədir. Nümayişlərə 144 universitetdən tələbələrin qatıldığı vurğulanır.

Məlumata görə, ölkənin 160-dan çox şəhərini əhatə edən aksiyalar zamanı hüquq-mühafizə orqanlarının 62 nümayəndəsi öldürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az