Erməni təyyarəsindən Azərbaycan üzərində HƏYƏCAN SİQNALI

20:16 - 18 Dekabr 2022

Erməni təyyarəsindən Azərbaycan üzərində HƏYƏCAN SİQNALI

İrəvandan Moskvaya uçan biznes-jet həyəcan siqnalı verib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, “Hawker 800A” təyyarəsi İrəvan hava limanından havaya qalxıb və bir neçə dəqiqə sonra Azərbaycan ərazisi üzərindən uçarkən həyəcan siqnalı verib.

Həyəcan kodu onun göyərtəsində qəza və ya digər fövqəladə vəziyyətin yaşandığına işarədir.

Hazırda təyyarə uçuşu davam etdirir. O, Vnukovoda Bakı vaxtilə saat 22:52-də yerə enəcək.

Həyəcan siqnalının səbəbi hələlik məlum deyil və səkkiz nəfər üçün nəzərdə tutulmuş təyyarədə kimin olması barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az