“Putin nüvə silahından istifadə etmək istəsə, edəcək” - Zelenski

23:29 - 18 Dekabr 2022

“Putin nüvə silahından istifadə etmək istəsə, edəcək” - Zelenski

“Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə etmək istəsə, o, Ukraynanın atdığı addımlardan asılı olmayaraq, bunu edəcək”.

 

Manset.az xəbər verir ki, bu fikirləri Ukrayna dövlət başçısı Volodimir Zelenski Fransanın TF1 və LCI telekanallarına müsahibəsində bildirib.

“Əgər Putin nə vaxtsa nüvə silahından istifadə etmək qərarına gələrsə, bu, Zelenskinin Krımı geri almaq və ya bizim xalqın dənizə getmək istəməsindən asılı deyil. Əgər Putin nüvə silahından istifadə etmək istəsə, edəcək. Necə ki, Makrona, Merkelə söz vermişdi ki, Ukraynaya tam miqyaslı müdaxilə olmayacaq”, - deyə Ukrayna prezidenti bəyan edib.

Zelenski vurğulayıb ki, istənilən silahdan istifadə yalnız Ukraynanın Avropa, ABŞ və bütün dünya ilə birliyinin gücündən asılıdır. Onun sözlərinə görə, Rusiya prezidenti bu gücü görsə, Ukraynanın hara getməsindən asılı olmayaraq, nüvə silahından istifadə etməyəcək.

“Dünya Ukraynaya dəstəyi zəiflətsə, Putin istənilən silahdan istifadə edəcək”, - Zelenski əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az