İranda silahlı qruplaşma ilə əsgərlər arasında münaqişə – Ölənlər var

14:48 - 19 Dekabr 2022

İranda silahlı qruplaşma ilə əsgərlər arasında münaqişə – Ölənlər var

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında qarşıdurma baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusu qarşıdurmada 4 əsgərin öldüyünü açıqlayıb:

"Sərəvan çölü sərhəd bölgəsində bir terror qruplaşması ilə İnqilab Keşikçiləri Ordusu qüvvələri arasında baş verən qarşıdurmada leytenant Məhəmməd Quderzi və yarımhərbi qüvvələr (Besic) Rahimbahş Perkey, Hamidriza Abidi və Mahmudnik Hahzade həyatını itirib".

Açıqlamada silahlı qrupun münaqişə zamanı sərhədi keçərək Pakistana qaçdığı qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az