DÇ-2022-nin finalında Fransanın məğlubiyyətinin ardından paytaxt Paris başda olmaqla bir çox şəhərlərdə iğtişaşlar baş verib.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, baş verən hadisələr zamanı 227 nəfər saxlanılıb.
Parisdə isə Yelisey meydanındakı izdiham polislərə hücum edib. Təhlükəsizlik qüvvələri izdihamı gözyaşardıcı qazla sakitləşdirib. Oxşar hadisələr bir çox şəhərlərdə, o cümlədən Nitsa, Lion, Bordo və Rubaixdə baş verib.