Twitter sahibi İlon Maskın sosial media platformasının idarəçiliyindən çəkilib-çəkilməyəcəyinə qərar verəcəyi sorğunun nəticəsi bəlli olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 17 milyon 502 mindən çox insanın səs verdiyi sorğuda 57,5 faiz “Bəli”, 42,5 faiz “Xeyr” səsindən istifadə edilib.