Böyük Britaniyanın Ali Məhkəməsi hökumətin Ruandaya qeyri-qanuni miqrantları göndərmək planının "qanuni" olduğuna qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hakim, hökumətin qeyri-qanuni miqrantları və sığınacaq axtaranları Ruandaya göndərmək və bu ölkədə sığınacaq tələblərinin həll edilməsi üçün tədbirlər görmək planının "qanuni" olduğunu söyləyib.
Məhkəmənin hökmündən apellyasiya şikayətinin təmin edilib-edilməməsi ilə bağlı qərar 16 yanvar 2023-cü il tarixinə təxirə salınıb.
Beləliklə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Ruandaya mühacir göndərmək siyasətinə qarşı iddianı qazanıb.