Ali Məhkəmə Britaniyanın mühacirləri bu ölkəyə göndərmək planını təsdiqlədi

16:30 - 19 Dekabr 2022

Ali Məhkəmə Britaniyanın mühacirləri bu ölkəyə göndərmək planını təsdiqlədi

Böyük Britaniyanın Ali Məhkəməsi hökumətin Ruandaya qeyri-qanuni miqrantları göndərmək planının "qanuni" olduğuna qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hakim, hökumətin qeyri-qanuni miqrantları və sığınacaq axtaranları Ruandaya göndərmək və bu ölkədə sığınacaq tələblərinin həll edilməsi üçün tədbirlər görmək planının "qanuni" olduğunu söyləyib.

Məhkəmənin hökmündən apellyasiya şikayətinin təmin edilib-edilməməsi ilə bağlı qərar 16 yanvar 2023-cü il tarixinə təxirə salınıb.

Beləliklə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Ruandaya mühacir göndərmək siyasətinə qarşı iddianı qazanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az