Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan kardioloji klinikada planlı müayinədən keçib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı sabiq prezidentin mətbuat katibi Arman Musinyan yayıb.
Bildirilib ki, Ter-Petrosyanın ürəyində problem yarandığı üçün erməni-yapon klinikasına yerləşdirilib.
Qeyd olunub ki, Petrosyanın həmin xəstəxananı seçməsinə səbəb onun şəxsi həkimi Xaçik Hambardzumyanın orada işləməsidir.