Rusiya prezidenti Vladimir Putin Ukraynada gedən müharibədə həlak olan hərbçilərin yaxınlarına və müharibədə uğur qazanan hərbçilərə torpaq verəcək.
Manset.az haberglobal-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada döyüşən rus əsgərlərinin əhval-ruhiyyəsini yüksək saxlamaq üçün yeni qərar imzalayıb.
Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən,Vladimir Putin Ukraynadakı müharibədə həlak olan əsgərlərin yaxınlarına və müharibədə uğur qazanan əsgərlərə Moskva, Krım və Sevastopol vilayətlərində pulsuz torpaq sahələrinin verilməsini tövsiyə edən fərman imzalayıb.
Bu qərara əsasən, Ukraynada döyüşmüş və müvəffəqiyyət qazanmış rus əsgərlərinə və müharibədə həlak olan əsgərlərin ailələrinə “sosial” çərçivəsində istədikləri bu 3 fərqli bölgədən torpaq verilməsi nəzərdə tutulur.