"S-400" və "İskander" döyüş növbəsinə gətirilib" - Lukaşenko

23:40 - 19 Dekabr 2022

\"S-400\" və \"İskander\" döyüş növbəsinə gətirilib\" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskander” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus lideri söyləyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az