Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yunanıstan mətbuatında yer alan “Yunanıstanın Ukraynaya S-300 verəcəyi” iddialarından danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu vəziyyəti “təxribat” kimi qiymətləndirən Zaxarova Yunanıstana xəbərdarlıq edib:
"Bu müqavilələr Yunanıstana tədarük etdiyimiz hərbi texnikanı Rusiyanın razılığı olmadan üçüncü ölkəyə ötürməyi qadağan edir. Müqavilə üzrə öhdəliklərin pozulması Yunanıstanın müdafiə qabiliyyətini zəiflədərək qaçılmaz nəticələrə səbəb olacaq. Bu, Yunan tərəfinin silah ticarətinə beynəlxalq məhdudiyyətlərə biganə olduğunu göstərir. Kiyevə göndərilən bütün hərbi texnika Rusiya qüvvələri tərəfindən vaxtında izləniləcək və məhv ediləcək. Təhlükəli planları çox gec olmadan tərk etmək olar. Yunan administrasiyasına məsuliyyətli olması ilə bağlı xəbərdarlıq edirik”.