Rusiyada MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

12:14 - 20 Dekabr 2022

Rusiyada MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev xəbər verib.

O, qarşıdan gələn görüşü vacib adlandırıb.

“Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə Lebedev Minskdə bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az