Pakistanda keçmiş baş nazir İmran Xan vəzifəsindən azad edilməsində Pakistan ordusunun keçmiş rəhbəri general Kamar Cavid Bajvanı günahlandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xan bununla bağlı deyib:
"Aydındır ki, general Bacva bu işdə (vəzifədən çıxarılmada) əli olub. Çünki onsuz heç nə baş verə bilməzdi. Amma bütün bunlarda ABŞ-ın nə qədər rolu olduğunu bilmirəm”.